ÜMUMİ QAYDALAR
Avtosatis.az saytında elan yerləşdirilməsi bu İstifadəçi razılaşması (bundan sonra - Razılaşma) ilə tənzimlənir. Veb səhifədə aşkar olunmuş Qaydaların pozulması elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki bütün qaydalar təklif olunmuş xidmətlərdən istifadə edən və ya etməyən bütün (VIP, Premium) iştrakçılara şamil olunur. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. İstifadəçilərin bərabər hüquqlu olmasının təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Avtosatis.az veb səhifəsinin qaydaları ilə tanış olub riayət etməlidir.
- Elanların yerləşdirilməsi
1. İstifadəçilər 30 gün ərzində yalnız bir elan yerləşdirmə hüququna malikdir. 30 gün ərzində yerləşdiriləcək ikinci elan ödənişlidir – 5 AZN. Elanın səhifədə görsənmə müddəti 30 gündür. 30 gün bitdikdən sonra Nəqliyyat Vasitəsi (bundan sonra NV) satılmayıbsa, istifadəçi təklif olunan əlavə xidmətdən yararlanaraq “İrəli çək” xidmətindən 3 AZN məbləğində ödəməklə istifadə edə bilər.Və elanın səhifədə yayımlanma müddəti 3 günlük bərpa olunur.
- 3 ay ərzində istifadəçi bir NV üçün ancaq bir pulsuz elan yerləşdirə bilər. Üç ay ərzində təkrar və ya bənzər (marka/model, rəng) elan yerləşdirmək ödənişlidir . “Təkrar elan” xidmətinin qiyməti 8 AZN-dir. Təkrar elanın dərc olunmasından sonra əvvəlki elan silinir.
- Veb səhifəyə yerləşdirilmiş NV haqqında yazılmış məlumatları başqa NV haqqında olan məlumat və şəkillərlə dəyişmək olmaz
- Veb səhifədə bir nəqliyyat vasitəsi haqqında iki ayrı ayrı elan yerləşdirilərsə və bu elan adminstrasiya tərəfindən aşkar olunarsa hər iki elan xəbərdarlıq olunmadan silinəcəkdir. Bir elanı bərpa etmək istənilərsə bunun üçün əlavə olaraq 10 AZN ödəniləcəkdir
- İstənilən vaxtı bitmiş və ya qaydalar çərçivəsindən çıxılması aşkar olunaraq silinmiş elanın bərpası ödənişlidir. Xidmətin qiyməti - 10 AZN.
- Hər hansı bir ödənişli xidmət elanı qaydalar çərçivəsində ödəniş müddətindəki vaxt nəzərə alınaraq bərpa edir və elanın müddətini uzadır.
- Şəkillərin yerləşdirilməsi
- Elan yerləşdirilərkən NV-nin görünüşünü və xüsusiyyətlərini əks elətdirən maksimal şəkil sayı 15-dir
- Yerləşdiriləcək elanda təsvir olunacaq NV-nə aid minimum dörd şəkil olmalıdır: NV ön hissəsi, arxa hissəsi və salonunun tam ön hissəsi mütləqdir.
- Şəkillərin minimal ölçüsü 1024x768 pikseldir.
- Şəkillərin keyfiyyəti normal olmalıdır.
- Monitorlardan və ya telefonekranlarından çəkilmiş şəkillər qəbul olunmur. Çərçivəyə alınmış, üzərində qeydlər göstərilmiş şəkillər dərc olunmur.
- Nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində çəkilməlidir.
- Şəkillərdə hər hansı bir loqotip olmamalıdır.
- Şəkillərdə NV-nin dövlət nömrə nişanını gizlətmək üçün stikerlərin vəya hər hansı bir simvol və işarələrin istifadəsi qadağandır.
- Şəkillərdə reklam xarakteri daşıyan məlumatlardan istifadə oluna bilməz
- Şəkillərin üzərinə əlaqə vasitəsi üçün istifadə olunacaq hər hansı bir məlumat yazıla bilməz
- Şəkillər avtosalonda çəkilibsə şəkillərin yüklənilməsi üçün “Avtosalon” elanları olaraq qeydiyyatdan keçmək lazımdır
- Avtomobil sahibi tərəfindən yüklənəcək şəkillər hər hansı bir avtosalon və ya rəsmi servis ərazisində çəkilə bilməz
- Avtosalon adından yerləşdirilən elanlarda NV-nin avtosalonun daxilində və ya önündə çəkilmiş şəkilləri olmalıdır.
- İnternet səhifələrindən götürülən şəkillərin yerləşdirilməsi qadağandır!
- Yerləşşdirilmiş şəkillərdə avtomobilin rəngi aydın görünməli və haqqında yazılmış elandakı məlumatla eyni olmalıdır.
- Şəkillər avtomobilin hazırki vəziyyətini əks elətdirməlidir.
- Qəzalı vəziyyətdə olan NV-nin elanının yerləşdirilməsi qadağandır.
- Qiymət
- NV-i üçün nəzərdə tutulmuş qiymət tam qeyd edilməlidir. Əgər NV hal hazırda kreditdədirsə, ətraflı məlumat qismində kredit şərtləri qeyd olunmalı və ilkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etməməlidir
- Təsvir
- Təsvirdə təhqiramiz ifadələrdən və reklam xarakterli məlumatlardan istifadə edilə bilməz.
- Əlaqə məlumatları (mob,e-mail,face və ya instagram adresi)daxil etmək qadağandır.
- Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.
- “Təsvir” bölməsində NV haqqında mütləq 2-3 cümlə yazılmalıdır
- Əlaqə vasitələri
- Şəxsi əlaqə vasitələri - ad, elektron poçt ünvanı, telefon nömrəsi düzgün qeyd olunmalıdır
- Elan dərc olunduqdan sonra əlaqı nömrəsi ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.
- Elanda hər hansı dəyişiklik etmək üçün elan dərc olunan zaman sizin elektron ünvanınıza gələn PİN-şifrəni daxil edin. Əgər elektron ünvanınızı səhv qeyd etmisinizsə və ya elanın PIN-şifrəsini itirmisinizsə, bu zaman şifrə telefon nomrənizə göndərilə bilər (bu xidmət ödənişlidir – 1 AZN).
- Elanda telefon nömrəsinin səhv qeyd olunması aşkarlanarsa elan veb saytdan silinəcək.
- İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
- Elanın düzəliş edilməsi
- Elanda düzəliş etmək istifadəçinin şəxsi kabinetindən və ya istifadəçi adı ilədaxil olduqdan sonra elana daxil olun və “Düzəliş et” düyməsini basın. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.
- Bir gün ərzində yalnız üç dəfə dəyişiklik etmək mümkündür.
- Bu məlumatlar dəyişdirilə bilməz: buraxılış ili, marka, model və əlaqə məlumatları,.
- Düzəliş olunduqdan sonra elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmayacaqdır..
- Düzəlişdən sonra elan yoxlamadan keçir və daha sonra səhifəyə yerləşdirilir.
- Arzuolunmaz istifadəçilər
- Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin hesabı və əlaqə vasitələri blok olunur və Avtosatis.az veb səhifəsinə elan yerləşdirməsi qadağan olunur!
- Arzuolunmazistifadəçi siyahısına düşmüş istifadəçinin elan yerləşdirməsi mümkün deyil
- Dərc olunan elanda qiymətlə telefonda söylənilən qiymət fərqli olarsa, başqa NV-nin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi Arzuolunmaz istifadəçilər siyahısına daxil edilir və Avtosatıs.az veb səhifəsində elan yerləşdirməsi qadağan olunur!
- “Təkrar elan” xidmətinin qaydalarını pozan istifadəçiyə birinci dəfə xəbərdarlıq edilir, yenidən qaydaları pozarsa elan yerləşdirməsi qadağan olunur
- İkinci şəxsin avtomaşını elan verilərsə və ya ikinci şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə elan silinir və istifadəçi Arzuolunmaz istifadəçilər siyahısına düşür.
- Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər (avtomobil alverçiləri, maklerlər)
- Əgər istifadəçi avtomobil ticarəti ilə məşğuldursa (bu haqda adminstratora məlumat verilməyibsə) onun şəxsi hesabı avtosalonlar və ya digər şəxslər üçün nəzərdə tutulmuş hesaba keçiriləcək.
- Yuxarıda qeyd olunan bütün bəndlər və müddəalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.
- Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün hər elanın qiyməti 20 AZN təşkil edir.
- Yerləşdirilmiş və xtı bitmiş elanın bərpası ödənişlidir. Xidmətin qiyməti 15 AZN.
- Avtosalon adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır. Hər paketin müəyyən elan sayı (limiti) mövcuddur. Paket bir ay ərzində aktivdir. Paketdə nəzərdə tutulmuş elan limiti bitdikdə, hər növbəti elanın qiyməti 30 AZN təşkil edir.
- Rəsmi avtomobil nümayəndəlikləri Avtosatis.az veb səhifəsində əlavə olaraq səhifə yarada bilməzlər. Təmsil etdikləri hər bir nəqliyyat vasitəsinin markası üçün ayrıca səhifə əldə olunmalıdır. Rəsmi nümayəndə olmayan avtosalonlara bu qaydalar aid deyil
- Avtosatis.az veb səhifəsinin administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.
- Texniki dəstək
- Texniki dəstəyin telefonları və veb səhifədə göstərilən online xidmət Bazar ertəsi – Cümə saat 09:00-dan 19:00-a qədər, Şənbə 09:00-dan 13:00-a qədər işləyir.
- Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron ünvana göndərilir.
Qayda pozuntularına yol verildikdə haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.
Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri QAYTARILMIR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya /əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.
Dərc olunmamış elana görə istifadəçinin elanı dərc edərkən göstərdiyi e-mail ünvanına elanın silinməsinin səbəbini izah edən bildiriş göndərilir.
Avtosatis.az veb səhifəsinin Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada xəbərdarlıq etmədən dəyişdirilməsi hüququnu özündə saxlayır.