
Taksilərin gündəmdə olduğu bugünlərdə düşündük ki, taksi kimi istifadə edilə biləcək ən yaxşı avtomobil modellərini araşdırdıq. Əgər taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə və avtomobil seçimində çətinlik yaşayırsınızsa bu yazı məhz sizə görədir.
Siz avtosatis.az-ın xüsusi araşdırması olan avtobloqu oxuyursunuz.
1. Toyota Prius
Heç şübhəsiz bu avtomobilsiz siyahını təsəvvür etmək mümkün deyil. Demək olar bir çox iri şəhərlərdə taksi kimi ən çox istifadə olunan avtomobillərdən biri elə məhz Priusdur. Hətta Qafqaz regionunda Bakı və Tbilisi kimi paytaxt şəhərlərdə prius əsas taksi simasıdır.
5 qapılı və 5 oturacaqlı bu avtomobil taksi fəaliyyəti ilə məşğul olub pul qazanmaq istəyənlər üçün ideal seçimdir.
2. Chevrolet Aveo
Aveo haqqında ən çox danışılan avtomobillərdən biridir. Eyni zamanda həm müsbət, həm də mənfi rəyləri özündə cəm edən bu avtomobil əslində taksi üçün ideal avtomobil sayılar. Çünki 1.2 mühərrikə sahib Aveo sizin yanacaq xərclərinizi xeyli azaldacaq və şəhər daxilindəki yürüşlərdə aşağı büdcə üçün çox əlverişlidir.
Bu detalı da qeyd edək ki, siz əgər yüksək və biraz yolsuzluq şəraiti olan yerlərdə bu avtomobili xüsusilə də taksi kimi istifadə etsəniz avtomobil mühərriki bunu sizə bağışlamaycaq.
3. Kia Soul
Kia Soul əslində sərnişin ilə yanaşı onun əşyalarını da daşımaq üçün çox ideal seçimdir. Doğrudur ki, Soul Aveo və Prius qədər qənaətcil deyil. Ancaq bu avtomobil sərnişinin rahatlığı ilə yanaşı, daşımaq istədiyi əşyalarının da rahat avtomobilə yerləşdirilib daşınmasına şərait yaradır.
Şəhərlərarası daşınma üçün daha ideal görünən Kia Soul eyni zamanda əvvəlki bloq yazılarımızda oxuduğunuz kimi də aşağı büdcə ilə ala biləcəyiniz ən yaxşı maşınlardan biridir.
4. Opel Astra
Opel Astra taksi üçün uyğun avtomobil olmaqla yanaşı Azərbaycanda xüsusən də paytaxtda taksi kimi istifadə olunan avtomobillər içərisində böyük paya sahibdir. Yanacaq sərfiyyatı bir taksi sürücüsünü məmnun edəcək qədər idealdır. Xüsusən də, taksi sürücüləri daha çox avtomobildə davamlılıq kimi bir detal axtarırlar ki, davamlı istifadə zamanı avtomobil hissələrində problem olmasın. Odur ki, taksi üçün avtomobil axtarsanız Astraya da bir nəzər salın.
5. Mercedes C və E Class
Qəribə də olsa ölkəmizdə bir çox taksi şirkətlərinin sürücülərinin idarə etdikləri avtomobillər içərisində bu iki avtomobil böyük paya sahibdir. Maxim şirkəti Bakı, Sumqayıt və Gəncə şəhərindəki sürücülərinin məlumatları əsasında tərtib etdiyi siyahıda ilk iki yeri bu maşınlar bölüşür. Müvafiq olaraq 26 və 20 faiz olmaqla.
6. Lada modelləri
Siz taksi kimi rayonlarda xüsusən də yol infrastrukturu zəif olan yerlərdə fəaliyyət göstərmək istəsəsniz Lada modelləri əslində yaxşı bir seçimdir. Daha az yanacaq sərfiyatı ilə pulunuza qənaət etməklə yanaşı, eyni zamanda ehtiyat hissələrini də sürətli və ucuz qiymətə tapa biləcəksiniz. Hazırda Priora, 2107, 2106 kimi modellərin taksi bazarında böyük çəkisi vardır.
7. Daewoo Gentra
Bu maşını münasib qiymətə tapmağın mümkün olduğunu və dözümlülüyünü nəzərə alsaq taksi üçün də yaxşı bir seçim olur. Hazırda Azərbaycan taksi bazarında bu markaya məxsus avtomobil sayı elə də az deyil.
Ümumiyyətlə, taksi üçün seçim edərkən hansı şəhərdə, hansı şərtlər altında taksi fəaliyyəti edəcəyimizi nəzərə alıb daha sonra seçim etməliyik.
Siz avtosatis.az-ın xüsusi araşdırması olan avtobloqu oxudunuz.
Əgər siz yeni avtomobil almaq yaxud hazırki avtomobilinizi satmaq istəyirsinizsə avtosatis.az vebsaytı sizin üçün ideal seçimlərdən biridir. Ödənişsiz şəkildə vebsaytımıza elanınızı yerlışdirə bilərsiniz. Vebsayta yerləşdirilmiş elanlar sosial media hesablarımızda ödənişsiz paylaşılır. Ümumilikdə isə elanınız 80 000 kütləyə çata bilər.
Avtomobilinizi təcili satmaq istəyirsinizsə 360 dərəcə çəkiliş etməyə malik olan foto studiyamıza müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: +994554280828
10 000 manat pulunuz var ancaq hansı avtomobili almalıyam deyə sualınız varsa bu bloq yazısı məhz sizin üçündür: http://bit.ly/meslehetolmayanavtomobiller
10 000 manat pulunuz var, avtomobil almaq istəyirsinizsə bu avtomobilləri almaq məsləhət deyil. Daha ətraflı: http://bit.ly/10000manataavtomobiller
Xanım sürücülər üçün də xüsusi araşdırmamız olub. Hansı avtomobillər onlar üçün daha uyğundur kimi suallara cavab tapa biləcəyiniz bu yazını oxuya bilərsiniz: http://bit.ly/xanimlarucunavtomobiller
Dünya avtomobil bazarında nə baş verir? Ən çox satılan avtomobillər haqqında bu yazımızda ətraflı məlumat var: http://bit.ly/dunyadaencoxsatilanmasinlar
Azərbaycanda ən çox satılan avtomobillər və onların satış sayı haqqında məlumat üçün bu linkə daxil ola bilərsiniz: http://bit.ly/encoxsatilanmasinlar
Avtosatis.az araşdırmalar ilə yanaşı avtoduellər də etdi. Davamlı cavabını axtardığınız BMW yoxsa Mercedes sualına da cavab tapa bilərsiniz: http://bit.ly/duelbmwyoxsamercedes
BMW xərcli avtomobildir deyirlər? Bəs siz nə düşünürsünüz? Bu marka haqqında olan miflər və həqiqətlər bu video icmalımızda: https://www.youtube.com/watch?v=DrCK-Dr6B0Q
Yox siz hamının sürmədiyi bir avtomobil sürmək istəsəniz bu bloq yazısı elə sizə görədir. Dünyada elə də məşhur olmayıb keyfiyyətli hesab etdiyimiz avtomobilləri bir yerə topladıq: http://bit.ly/enucuzmasinlar
Nissan Juke yoxsa Toyota C-HR kimi bir sualınız olsa bu yazını oxumaqda fayda vardır: http://bit.ly/nissanjuketoyotachr
Əziz izləyici, siz avtosatis.az-ın xüsusi araşdırması olan avtobloq-u oxudunuz.
Bizi sosial şəbəkələrdə izləməyi unutmayın, özünüzdən və avtomobilinizdən muğayat olun!