AvtoDuel #2 - Nissan Juke yoxsa Toyota C-HR

04/09/2020

AvtoDuel 2-ci rubrikası ilə qarşınızdadır.


Qeyd edək ki, Avtoduel Avtosatis.az-ın xüsusi araşdırma yazısıdır.

Avtoduel rubrikamızda biz 2 marka yaxud modeli bir neçə mövqedən müqayisə edirik və izləyicilərimizin avtomobil seçimində yardımçısı olmağa çalışırıq.

Bu dəfəki dueldə rəqiblərimiz hər birimizin çox yaxşı tanığı ancaq birmənalı qəbul edilməyən 2 avtomobil modelidir:

Nissan Juke və Toyota C-HR


Əvvəlcə avtomobilləri texniki, qiymət və bu sinifdən olan detalları ilə müqayisə edək və sonda ümumi analitik rəyimizi ortaya qoyacağıq.

Siz Avtodueli oxuyursunuz.

Qiymət:


Nissan Juke - 2020-ci il buraxılış üçün bu avtomobilin qiyməti 18.000 avroya bərabərdir. Əlbəttə siz ikinci əl bu model maşını ölkəmizdə 20.000 manat və bu məbləğin ətrafında tapa bilərsiniz.

Toyota C-HR - 2002-ci il buraxılışlı bu markaya məxsus avtomobillərin əslində qiyməti rəqibi ilə demək olar bərabərdir. Ancaq qeyd edək ki, hər iki maşının qiyməti ölkədən-ölkəyə dəyişir. Ölkəmizdə bu avtomobildən ikinci əl almaq istəsəniz gərək təxminən 35.000 manata yaxın pulunuzdan vaz keçməli olasınız.

Seqment:


Hər nə qədər bu avtomobillər bir-birinə oxşasalar da zahirən fərqlidirlər. Belə ki, Nissanın bu modeli SUV, Toyotanın təmsilçisi isə Krossover seqmentinə məxsusdur.

Bu sətri oxuyanda hər hansı texniki səhvin olduğunu düşünə bilərsiniz. Amma elə deyil. Belə ki, hər iki avtomobilin 5 (beş) qapısı var. 5 ilə bu iki avtomobilin bağlılığı oturacaq sayında da davam edir. Hər iki avtomobil eyni sayda oturacağa malikdirlər.

Nissan Juke və Toyota C-HR , hər iki avtomobil ön ötürücüyə sahibdirlər. Ancaq bir məqam var ki, orada Toyota C-HR öz çəkisini ortaya qoyur. Həmin məqam isə elə birbaşa avtomobillərin ağırlığı ilə bağlıdır.


Nissan Juke: 1182 kq
Toyota C-HR: 1345 kq

Yanacaq növündə biz bir xeyli fərqlər görəcəyik. Jukeda yanacaq növü benzin olduğu halda, C-HRda son illərin istehsalında benzin ilə yanaşı hibrid də vardır.

Təhlükəsizlik:


Əlbəttə, istənilən sürücü özünün və avtomobildə yola çıxacağı ailəsinin təhlükəsizliyini düşünür. Hər iki avtomobil standart təhlükəsizlik özəlliklərinə sahibdir. Hətta hər iki maşında siz uşaqlar üçün xüsusi təhlükəsiz zona da tapa bilərsiniz.

Ancaq təkcə Toyota markasına məxsus C-HR-də xüsusi hərəkətli ön işıqlar və işıqlandırma zamanı ətrafdakı avtomobillərdən "xüsusi işıq məsafəsi saxlayan" ağıllı sistem vardır.

Yekun qərar:


Son qərar vermək həmişə çətin olub. Xüsusən də, bu gün verəcəyimiz qərar daha çətindir. Ancaq texniki və digər detallardan Toyotaya məxsus olan modelin Nissana məxsus modeli bir az qabaqladığını söyləmək olar.

Əgər siz salondan avtomobil alacqsınızsa və bir o qədər də maliyə qayğınız yoxdursa C-HR alın, yox əgər ikinci əl avtomobil almaq istəsəniz Juke daha cazib seçim olar.

Eyni zamanda ölkəmizdə Juke daha çox qadınlar tərəfindən idarə oluna bir avtomobildir. Qadınlar bu avtomobilin rahatlığını və yığcamlığını çox sevirlər.

Əgər siz yeni avtomobil almaq yaxud hazırki avtomobilinizi satmaq istəyirsinizsə avtosatis.az vebsaytı sizin üçün ideal seçimlərdən biridir. Ödənişsiz şəkildə vebsaytımıza elanınızı yerlışdirə bilərsiniz. Vebsayta yerləşdirilmiş elanlar sosial media hesablarımızda ödənişsiz paylaşılır. Ümumilikdə isə elanınız 80 000 kütləyə çata bilər.

Avtomobilinizi təcili satmaq istəyirsinizsə 360 dərəcə çəkiliş etməyə malik olan foto studiyamıza müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: +994554280828

10 000 manat pulunuz var ancaq hansı avtomobili almalıyam deyə sualınız varsa bu bloq yazısı məhz sizin üçündür: http://bit.ly/meslehetolmayanavtomobiller

10 000 manat pulunuz var, avtomobil almaq istəyirsinizsə bu avtomobilləri almaq məsləhət deyil. Daha ətraflı: http://bit.ly/10000manataavtomobiller

Xanım sürücülər üçün də xüsusi araşdırmamız olub. Hansı avtomobillər onlar üçün daha uyğundur kimi suallara cavab tapa biləcəyiniz bu yazını oxuya bilərsiniz: http://bit.ly/xanimlarucunavtomobiller

Dünya avtomobil bazarında nə baş verir? Ən çox satılan avtomobillər haqqında bu yazımızda ətraflı məlumat var: http://bit.ly/dunyadaencoxsatilanmasinlar

Azərbaycanda ən çox satılan avtomobillər və onların satış sayı haqqında məlumat üçün bu linkə daxil ola bilərsiniz: http://bit.ly/encoxsatilanmasinlar

Avtosatis.az araşdırmalar ilə yanaşı avtoduellər də etdi. Davamlı cavabını axtardığınız BMW yoxsa Mercedes sualına da cavab tapa bilərsiniz: http://bit.ly/duelbmwyoxsamercedes

BMW xərcli avtomobildir deyirlər? Bəs siz nə düşünürsünüz? Bu marka haqqında olan miflər və həqiqətlər bu video icmalımızda: https://www.youtube.com/watch?v=DrCK-Dr6B0Q

Yox siz hamının sürmədiyi bir avtomobil sürmək istəsəniz bu bloq yazısı elə sizə görədir. Dünyada elə də məşhur olmayıb keyfiyyətli hesab etdiyimiz avtomobilləri bir yerə topladıq: http://bit.ly/enucuzmasinlar

Əziz izləyici, siz avtosatis.az-ın xüsusi araşdırması olan avtobloq-u oxudunuz.
Bizi sosial şəbəkələrdə izləməyi unutmayın, özünüzdən və avtomobilinizdən muğayat olun!




 

Avtomobili müqayisə edin

    Müqayisə üçün 2 və ya daha çox avtomobil seçin
    Daxil ol
    İstifadəçi adı
    Şifrə
    Şifrəni unutmusunuz? Remind