Avtoanaliz #1 - Hyundai | Almaq üçün ən yaxşı Hyundai modelləri
26/09/2020
Bu gün məhz Hyundai markasının ən yaxşı və ən pis modellərinin araşdırmasını sizə təqdim edəcəyik. Qeyd edək ki, məsələyə yanaşma nisbi də ola bilər. Məsələn hər hansı modelin xüsusi il buraxılışlarında texniki problem ola bilər və bu səbəbdən də biz sizə həmin modeli almamağı məsləhət görürük. Ancaq həmin modelin yeni buraxılışları daha keyfiyyətli ola bilər.
Əgər bir Hyundai alacaqsınızsa almamaışdan qabaq bu yazını oxuyun. Odur ki, ən yaxşı Hyundai modelləri ilə başlayaq.
Siz Avtosatis.az-ın xüsusi araşdırması olan Avtoanalizi oxuyursunuz.
Hyundai Palisade 2020
Santa Fe modelini əvəzləyən bu model Hyundai markasının ən uğurlu modellərində biri olmağa iddialıdır. SUV kateqoriyasında 2020-ci ildə istehsal olunmuş bir çox avtomobili genişliyi və uzunluğu ilə yanaşı komfortu ilə də qabaqlayacağı təxmin edilir. Hətta Cars.com saytı onu ən yaxşı SUV-lardan biri kimi adlandırıb.
Hyundai Ioniq 2020
Dəyəri az bilinən və bir o qədər də məşhur olmayan bu model "yaşıl avtomobil" sənayəsinin ən yaxşı üzvlərindən biridir. Hibrid ilə çalışa bilən avtomobili bit neçə avtomobil mütəxəssisi hətta gələcəyin avtomobillərindən biri adlandırır. Çünki benzin və dizel kimi yanacaqlardan imtina və ekologiyanı az çirkləndiriəcək avtomobillərin dövrü gələndə meydanda olacaq əsas oyunçulardan biri də məhz Loniq olacaq.
Hyundai Elentra
Elentranı hamımız yaxşı tanıyırıq. Bu maşın adından söz etdirə bilib. Əsasən Cənubi Amerikada istehsal olunan avtomobilin ilk istehsal ili 1967-ci ilə gedib çıxır. Asia şirkəti ucuz bir avtomobil istehsal edək deyə yola çıxanda heç bilməzdi ki, bu model onlara bu qədər uğur gətirəcək. Hazırda ən çox satılan Hyundai modellərindən biridir.
Hyundai Veloster N
Hyundai bu modelə yeni ruh, yeni can verib desək heç də mübaliğə etmiş olmarıq. Yeni Veloster Ford Focus Rs və Civic Type R qədər güclü mahnıdır. 275 at gücü sizə bu avtomobilin sükanı arxasında olarkən yaşamaq istədiyiniz adrenalini yaşamaq hissi verəcək.
Hyundai Santa Fe 2019
Santa Fe haqqında davamlı danışılan və bir o qədər də çox satılan avtomobillərdən biridir. Koreyada iqtisadi vəziyyətin pis olduğu dövrdə Chung Ju-Yung böyük iddia ilə Santa Fe-yə can verdi. Hazırda davamlılıq və keyfiyyət nöqteyi nəzərdən Santa Fe pis seçim deyil.
Yaxşını dediksə pisi də deyək. Almağı məsləhət görmədiyimiz Hyunai markalarını sizə təqdim edirik.
Hyundai Accent
Accent bu siyahıda yer almağa layiq bir maşın olmasa da ancaq bir neçə detaldan dolayı Accent bu siyahıdadır. Avtomobil Hyunai markasının əlçatan və ucuz modellərindən biridir. Hətta eyni sinifi paylaşdığın digər avtomobil modellərindən də ucuzdur. Avtomobil 1994-cü ildən istehsal olunur, 5 dəfə nəsil dəyişib.
Bütün bunlara rəğmən siz aşağı büdcə ilə yeni və brend avtomobil istəsəniz Accent sizin üçün yaxşı seçimlərdən biri ola bilər.
Santa Fe 2017 və daha aşağı modellər
Santa Fe 2019 haqqında hər nə qədər müsbət danışsaq da, 2017-ci il istehsalı üçün eyni sözləri deyə bilmirik. Köhnə modelləri problemli maşın kimi tanındığından ikinci əl Senta Fe alarkən sürücülərə təklif edirik ki, daha yaxşı fikirləşsinlər.
Hyundai Tucson 2016
Bu maşın haqqında ilk dəfə deyil ki, eşidirsiniz. Ancaq bəlkə də, ilk dəfədir mənfi rəylər oxuyacaqsınız. Müştəri şikayətləri araşdırma bürosu Tucson üçün olan şikayətləri sinifləndirəndə qeyd edir ki, 2015-ci ildən başlayaraq istehsal etdiyi 3-cü nəsildən bəri problemlər artmağa başladı. digər bir şirkət isə həmin il 215 şikayət qeydə almışdı.
Avtoanaliz yazımızın sonunda sizə Hyundai markasının almaq üçün yaxşı və bir o qədər də məsləhət olmayan modellərini incələdik.
Siz avtosatis.az-ən xüsusi araşdırması olan Avtoanalizi oxudunuz.
Avtomobilinizdən və özünüzdən muğayat olun.